Tovuz komandasının baş məşqçisi Kurban Berdıyev qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnmalistlərin suallarını cavablandırıb.
Azərbaycan Premyer Liqasının II turunda “Turan Tovuz” doğma meydanda “Sumqayıt” üzərində 1:0 hesabı ilə qələbə qazanıb.
Matc.az xəbər verir ki, Tovuz komandasının baş məşqçisi Kurban Berdıyev qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnmalistlərin suallarını cavablandırıb:
- İlk yarıdan razı qaldım. İkinci hissədə hesabı saxlamaq hissi futbolçularımın oyununa təsir etdi. Fikrimcə, bu, bütün oyunun gedişatına təsir etdi. “Sumqayıt”ın da haqqını vermək lazımdır. Rəqib yetərincə güclü komda idi. İkinci hissədə çox yaxşı oyun nümayiş etdirdilər. İki oyundan sonra üzərində düşünməli olduğumuz və nəticə çıxartmalı olduğumuz konkret məqamlar var. İki güclü rəqibə qarşı oynadıq. İnşallah, getdikçə hər şey yaxşı olacaq.
- İkinci hissədə müdafiəyə çəkilməyiniz taktiki gediş etdi, yoxsa rəqib buna məcbur etdi siz?
- Birinci hissədə daha ürəkli oynayırdıq. İkinci hissədə üstünlüyü əldən verməkdən qorxdular. İndi bizim üzərində işləməli olduğumuz əsas məqam, bu hissi onlara aşılamaqdır ki, daim bu üstünlük hissi ilə mübarizə aparsınlar. Çalışmalıyıq ki, bu hissi aradan qaldıraq.
- Nəticədən razısız. Narazı qaldığınız məqam nədir?
- Qələbədən sonra hər zaman zövq alırsına. Bundan əlavə çətiunliyə rəğmən mübarizə aparanda bu daha da zövlü olur. Narazı qaldığım məqam ilk hissədəki oyunu ikinci yarıda da göstərə bilməməyimizdir. İkinci hissdə bəzi məqamlarda ürəklə pressinq etmədik. İkinci hissədə rəqib güclü idi və etdikləri əvəzetmələr onları daha da gücləndirdi.
- Hazırkı heyət avrokuboklar üçün yetərlidir?
- Biz oyundan-oyuna hazırlaşırıq. Qarşıda daha vacib matçımız var. Mövsümün sonunda necə olacağını görəcəyik.
- Hazırki heyət qarşıya qoyulan məqsədlər üçün yetərlidir?
- Biz oyundan-oyuna hazırlaşır və öz keyfiyyətimizi artırırıq. Gələn oyun daha vacib oyunlardan biridir. Mövsümün sonunda nəticə necə olacaqsa, onu o zaman görəcəyik.