12 Avqust 2024, 12:00
FUTBOL
Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Osiyek” (Xorvatiya) oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Azarkeşlər biletləri Zirə İdman Kompleksi, “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, avqustun 15-də “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:30-da başlayacaq. Xorvatiyadakı ilk matçda 1:1 hesabı qeydə alınıb.












