“Barselona”nın sabiq kapitanı Sexi Roberto İspaniyada qalmağa hazırlaşır. Matc.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Sevilya”nın maraq dairəsindədi.

Ötən mövsümün sonunda Kataloniya klubundan ayrılan İspaniya millisinin üzvü hazırda azad agent statusu daşıyır. Əndəlüs təmsilçisi onu havayı əldə etməyi planlaşdırır. Ancaq bunun üçün “Sevilya” maaş limitini azaltmalıdı. Rəhbərlik hazırda bir neçə oyunçusu ilə yollarını ayırmağa hazırlaşır.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Serxi Roberto 2010-cu ildən bəri əsas komandanın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest