12 Avqust 2024, 17:54
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu “Real”ın futbolçusu Vinisius Juniordan əl çəkmir. Matc.az xəbər verir ki, ərəblər nəyin bahasına olursa-olsun, braziliyalı hücumçunu heyətlərinə qatmaq istəyirlər.
“Əl-Əhli” rəhbərliyi bu keçidin baş tutması üçün 1 milyard avro xərcləməyə də hazırdı. Transfer baş tutsa, futbolçu tarixin ən çox maaş alan idmançısı olacaq. Müqavilənin qüvvədə olduğu 5 il müddətində Vinisius bir milyard avrodan çox qazanacaq.
Qeyd edək ki, Braziliya yığmasının da üzvü olan Vinisius 2018-ci ildən "Real"da oynayır.












