12 Avqust 2024, 19:42
FUTBOL
Argentina millisi və “Mançester Siti”nin hücumçusu Julian Alvaresin “Atletiko”ya transferi rəsmiləşdi.
Matc.az xəbər verir ki, Madrid klubu Alvares üçün 75 milyon avro və bonus olaraq əlavə 20 milyon avro ödəməli olub.
“Atletiko” Alvaresin transferini “X” sosial səhifəsində klub köynəyində Hörümçək-adamın rəsmi ilə elan edib. Məsələ burasındadır ki, Alvaresi Hörümçək-adam adlandırırlar və hətta o, “River Pleyt”də tez-tez qolları bu super qəhrəmanın maskasını taxaraq qeyd edirdi.
Qeyd edək ki, ötən mövsüm Alvares “Mançester Siti” ilə bütün turnirlərdə 54 matça çıxıb, 19 qol vurub və 13 qol ötürməsi edib.