“İnter” mərkəz hücumçusu və kapitanı Lautaro Martinez ilə müqaviləni uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı argentinalı futbolçunun yeni müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, futbolçu 6 il əvvəl Argentinanın “Rasinq” klubundan Milana təmsilçisinə keçib. O, bu müddət ərzində “İnter”də bütün turnirlərdə 282 oyun keçirib, 129 qol vuruv və üstəlik 43 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest