“Neftçi” daha bir transferini reallaşdırıb.

Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzonu heyətinə qatıb.

29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 6 nömrəli formanı geyinəcək.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub.

“Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu Portuqaliya yüksək liqasında 100-ə yaxın oyun keçirib. O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest