12 Avqust 2024, 22:19
FUTBOL
Əvəzedicilər Liqasında II tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.
“Turan Tovuz-2” dogma meydanda “Sumqayıt-2”ni darmadağı edib.
“Zirə-2” isə səfərdə “Sabah-2”yə 3:2 hesabıyla məğlub olub.
Qeyd edək ki, iki oyunda maksimal nəticə göstərən “Turan Tovuz-2” turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Əvəzedicilər Liqası
II tur
10 avqust (şənbə)
“Qarabağ-2” – “Kəpəz-2” - 4:1
11 avqust (bazar)
“Araz-Naxçıvan-2” – “Şamaxı-2” - 2:1
“Səbail-2” – “Neftçi-2” - 0:1
12 avqust (bazar ertəsi)
“Turan Tovuz-2” – “Sumqayıt-2” - 4:1
“Sabah-2” – “Zirə-2” - 3:2