13 Avqust 2024, 12:19
FUTBOL
“Zirə” və “Dinamo” ilə oyunlarda əla mübarizə aparsaq da, sonda qol buraxdıq. Bunun üzərində işləməliyik”. Matc.az xəbər verir ki, bu sözləri Xorvatiyanın “Osiyek” klubunun futbolçusu İvan Çviyanoviç deyib.
O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Zirə” ilə keçirəcəkləri cavab oyunundan öncə açıqlama verib. Çviyanoviç Bakıda baş tutacaq ikinci görüşdən əvvəl iddialı danışıb: “Avropa yolu hələ qarşıdadı. Konfrans Liqasında yolumuza davam edəcəyimizə ümidliyəm. Bakıya qələbə üçün gedəcəyik. “Zirə” ilə səfər görüşündə qalib gəlmək və növbəti mərhələyə adlamaq istəyirik”.
“Zirə” - “Osiyek” matçı avqustun 15-də baş tutacaq.
Qeyd edək ki, bu komandaların Xorvatiyada keçirilən ilk oyunu 1:1 hesabı ilə nəticələnib.