“Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

“Sabah” - “Sent Patriks Atletik” oyununa bilet satışı davam edir. Matc.az xəbər verir ki, klubun mətbuat xidmətindən matça artıq 3500 biletin satıldığı açıqlanıb.

“Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

Tezliklə "Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanması nəzərdə tutulub.

Bilet almaq üçün (https://iticket.az/.../sabah-fk-st-patricks-athletic/125887) linkinə daxil ola bilərsiniz.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Sabah” - "Sent Patriks Atletik" görüşü saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest