“Ayaks” “Arsenal”ın qapıçısı Aaron Ramsdeyli heyətinə qatmaq istəyib. Matc.az xəbər verir ki, Niderland klubu qolkiperin icarəsi üçün ingilislərə müraciət edib.

Lakin paytaxt klubu Ramsdeyli icarəyə verməyə razı olmayıb. Premyer Liqa təmsilçisi futbolçusunun satışına qarşı deyil. Sadəcə, “Ayaks”ın təklifi onları qane etmir.

Qeyd edək ki, 26 yaşlı qapıçı ötən mövsüm “Arsenal”ın heyətində 11 matçda iştirak edib, 12 qol buraxıb. Onun bazar dəyəri 25 milyon avroya bərabərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest