13 Avqust 2024, 17:56
FUTBOL
“Brayton”un yarımmüdafiəçisi Billi Qilmor İtaliyada çıxış edəcək. Matc.az xəbər verir ki, Şotlandiya millisinin futbolçusu “Napoli” ilə razılığa gəlib.
Tərəflər şəxsi müqavilənin detallarını artıq razılaşdırıblar. Qilmor illik 1,9 milyon avro maaş olmaqla 5 illik sözləşməyə razılıq verib. İndi qalır klubların keçiddə ortaq məxrəcə gəlməsi. “Napoli” ingilislərə 10 milyon funt-sterlinq təklif edib.
Qeyd edək ki, 23 yaşlı oyunçunun “Brayton”la müqavilə müddəti 2026-cı ilin yayına kimidi.