VAR ingilis futbolunda ən çox danışılan mövzulardan biridir.
Matc.az xəbər verir ki, bir çox futbol mütəxəssisi və məşqçilər İngiltərə Premyer Liqasının bu sistemdən istifadə üsulunu tənqid edirlər. Demək olar ki, hər otunda müxtəlif mübahisəli qərarlar ortaya çıxır.
Bununla belə, bütün dünyada azarkeşlər indi real vaxt rejimində hər bir VAR qərarının izahını görə biləcəklər. Bu məqsədlə Premyer Liqa “X” sosial şəbəkəsində ayrıca hesab açıb və orada hakimlərin hər bir qərarı izah ediləcək. Premyer Liqada VAR və hakimlik ətrafında şəffaflığı artırmaq üçün bu hesab bütün azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının yeni mövsümü avqustun 16-da “Mançester Yunayted” – “Fulhem” matçı ilə start götürəcək.