13 Avqust 2024, 20:14
FUTBOL
İngiltərənin "Bornmut" klubu "Barselona"nın sağ cinah müdafiəçisi Julian Arauxo ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, transfer məbləği 10 milyon avro olub və futbolçu ilə 5 il müddətinə müqavilə imzalanıb.
Qeyd edık ki, Arauxo meksikalıdır və ölkəsinin millisində 13 oyun keçirib. O, ötən mövsümü icarə əsasında "Las Palmas"da çıxış edib. “Transfermarkt” portalında müdafiəçinin dəyəri 8 milyon avro qiymətləndirir.