Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Payde” – “Haken” görüşündə qollu heç-heçə qeydə alınıb - 1:1. İlk oyunda 6:1 hesabı ilə qalib gələn İsveç təmsilçisi növbəti mərhələyə yüksəlib. “Mornar” – “Paksi” qarşılaşmasında da heç-heçə qeydə alınıb - 2:2. Macarıstan klubu ilk oyunda qazandığı 3:0 hesablı qələbəyə görə adını pley-offa yazdırıb. 

Qeyd edək ki, bu mərhələnin digər cavab matçları 14 və 15 avqustda keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları
13 avqust

20:30. “Payde” (Estoniya) – “Haken” (İsveç) - 1:1
Qollar:
 Lundqvist, 7 (0:1), Saarma, 33 (1:1)
İlk oyun – 1:6

22:45. “Mornar” ( Monteneqro) – “Paksi” (Macarıstan) - 2:2
Qollar:
 Vindeker, 14-pen. (0:1), Lenzser, 18-avtoqol (1:1), Zoriç, 60 (2:1), 86-avtoqol (2:2)
İlk oyun – 0:3

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest