“Fənərbaxça” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Fransanın “Lill” komandasına ümumi hesabda 2:3 məğlub olaraq mübarizəni dayandırıb.
Matc.az xəbər verir ki, yarışa Avropa Liqasında davam edəcək İstanbul klubunun baş məşqçisi Joze Mourinyo məğlubiyyəti şərh edib.
“Oyunçularımla fəxr edirəm. Komanda olaraq hər şeyi etdik. Dünyanın ən böyük klublarına qarşı oynamaq şansımızı itirdik, amma fakt odur ki, onsuz da heç vaxt Çempionlar Liqasını qazana bilməyəcəyik.
Düzünü desəm, Çempionlar Liqasında oynamağa üstünlük verərdim, amma orada biz heç vaxt finala çıxa bilməyəcəkdik. Lakin Avropa Liqasında şansımız var. Rəqabət nöqteyi-nəzərindən Avropa Liqası komandamız üçün daha maraqlı turnirdir”.
Qeyd edək ki, “Fənərbaxça” sonuncu dəfə 15 il öncə - 2008-09 mövsümündə Çempionlar Liqasında mübarizə aparıb.