14 Avqust 2024, 10:06
FUTBOL
31 yaşlı futbolçu kollektivlə fotosunu paylaşaraq "Bu komandaya hörmət edin" sözlərini yazıb.
"Qarabağ"ın müdafiəçisi Kevin Medina şəxsi instaqram hesabında paylaşım edib. Matc.az xəbər verir ki, kolumbiyalı futbolçu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bolqarıstanda "Ludoqorets" üzərində qazandıqları 7:2 hesablı qələbəyə toxunub.
31 yaşlı futbolçu kollektivlə fotosunu paylaşaraq "Bu komandaya hörmət edin" sözlərini yazıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"su ilə qarşılaşacaq.