"Futbolçularım avrokuboklarda qalib ruhunu mənimsəməlidi. Belə görüşlərdən dərs çıxarmaq lazımdı”.
"Ludoqorets"in klubunun baş məşqçisi Georgi Dermendjiev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab matçı haqda fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 69 yaşlı çalışdırıcı 2:7 hesablı məğlubiyyəti şərh edib.
O, “Qarabağ”la oyundan dərs çıxaracaqlarını vurğulayıb: “Ağır məğlubiyyətdi. Xeyli sayda səhvə yol verdik, erkən qol buraxdıq. Ağır hesab səhvlərimizə görə oldu. Bir də oyunun sonlarında çoxlu risk etdik, daha böyük qüvvə ilə irəli atıldıq. Bu səbəbdən rəqib əlavə vaxtda çoxlu qol vurdu. Futbolçularım avrokuboklarda qalib ruhunu mənimsəməlidi. Belə görüşlərdən dərs çıxarmaq lazımdı”.
Qeyd edək ki, iki oyunun ümumi nəticəsinə görə "Qarabağ"a 4:8 hesabı ilə uduzan Bolqarıstan klubu mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.