14 Avqust 2024, 12:40
FUTBOL
Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə Bakıda keçirəcəyi cavab matçının başlama saatı bəlli olub. Matc.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.
Qeud edək ki, Xorvatiyadakı ilk görüş isə avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.