14 Avqust 2024, 12:54
FUTBOL
32 yaşlı müdafiəçi 2024/25 mövsümündə “Qəbələ”nin formasını geyinəcək.
I Liqada çıxış edəcək “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, “qırmızı-qaralar” Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalayıblar. 32 yaşlı müdafiəçi 2024/25 mövsümündə “Qəbələ”nin formasını geyinəcək.
Qeyd edək ki, Elvin karyerası ərzində “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klubunda oynayıb.