14 Avqust 2024, 15:25
FUTBOL
“Barselona” La Liqa üçün 5 futbolçusunu hələ də qeydiyyatdan keçirə bilməyib. Matc.az xəbər verir ki, bunlar Dani Olmo, İniqo Martines, Pablo Torre, Pau Viktor və Aleks Valledi.
Kataloniyalılar büdcə tənzimləməsi ilə əlaqələdar bu oyunçuların qeydiyyatında gecikir. Bir neçə müddət əvvəl Erik Qarsiya, Klement Lenqle və Ansu Fati qeydiyyatdan keçmişdi.
Qeyd edək ki, La Liqada yeni mövsüm avqustun 15-də başlayacaq. “Barselona” ilk oyununu ayın 17-də “Valensiya”ya qarşı keçirəcək.