14 Avqust 2024, 16:38
FUTBOL
“Marsel” “Lans”ın hücumçusu Elye Vaini heyətinə qatıb. Matc.az xəbər verir ki, bunu Fransa klubu rəsmi saytı vasitəsilə açıqlayıb.
21 yaşlı oyunçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Bu keçid “Lans”a 25 milyon avro qazandırıb.
Qeyd edək ki, Elye Vai ötən mövsüm Liqa 1-də 27 oyunda 9 qol vurub.