14 Avqust 2024, 17:29
FUTBOL
PSJ “Mançester Yunayted”in vingeri Ceydon Sançoya şifahi müqavilə təklifi edib. Matc.az xəbər verir ki, 24 yaşlı cinah oyunçusu bu keçidə ilkin razılığını verib.
Sanço fransızların 17 milyon avroluq təklifinə müsbət yanaşıb. Lakin klublar hələlik razılığa gələ bilmirlər. “Qırmızı şeytanlar” İngiltərə millisinin üzvünə 60 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Ceydon Sanço ötən mövsümün ikinci dövrəsini icarə əsasında Dortmund “Borussiya”sında keçirib. Onun “Mançester Yunayted”lə müqavilə müddəti 2026-cı ilin yayına kimidi.