14 Avqust 2024, 17:53
FUTBOL
“Əl-Nəsr”in müdafiəçisi Aymerik Lyaport “Real”a keçə bilər. Matc.az xəbər verir ki, fransalı futbolçu “kral klubu”nun bu yay transfer pəncərəsində yeganə hədəfidi.
Ancaq madridlilərin bir neçə şərti bu keçidə mane ola bilər. İspanlar Səudiyyə Ərəbistanı klubunda mövsümə 24 milyon avro alan futbolçudan maaşını azaltmağı tələb edəcək. Üstəlik, Lyaport “Əl-Nəsr”i onu azad agent kimi buraxmağa razı salmalıdı.
Aymerik Lyaport özü də Səudiyyə Ərəbistanında yaşamaq istəmir.