15 Avqust 2024, 12:06
FUTBOL
AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Toplantıda ölkə çempionatının II turunda keçirilən “Səbail” - “Neftçi” oyununda (1:1) qeydə alınan neqativ hallarla bağlı hüquqi qiymət verilib.
Qarşılaşmada ev sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib. Görüş bitdikdən sonra stadionda “Neftçi” azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə “ağ-qaralar”a 4000 manat cərimə kəsilib.
Bundan əlavə, oyun bitdikdən sonra “Neftçi”nin 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə edilib.