AFFA İntizam Komitəsinin iclasında ölkə çempionatının II turunda qeydə alınan neqativ hallarla bağlı hüquqi qiymət verilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

“Qarabağ” - “Kəpəz” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” 700 manat cərimə edilib. Matçın 78-ci dəqiqəsində Gəncə təmsilçisinin futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, buna görə “Kəpəz”ə əlavə 500 manat cərimə kəsilib.

Qarşılaşmanın 89-cu dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Gəncə klubuna xəbərdarlıq edilib.

“Araz-Naxçıvan” - “Şamaxı” oyununda hesab tablosu işləmədiyinə görə meydan sahibləri 500 manat cərimə edilib.

“Turan Tovuz” - “Sumqayıt” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest