“Linkoln Siti”nin keçmiş müdafiəçisi Moses Svaybi Premyer Liqanın bir neçə futbolçusuna oyunun nəticəsinə təsir etmək təklif olunduğunu açıqlayıb. Matc.az xəbər verir ki, o, söhbətin 2015-2019-ci illər aralığından getdiyini bildirib.

Svaybinin sözlərinə görə, həmin dönəmdə Premyer Liqada çıxış edən 5 oyunçu danışılmış oyun təklifi alıb. Ancaq həmin futbolçuların adları açıqlanmayıb.

Qeyd edək ki, Moses Svaybi 2014-cü ilin yanvarında danışılmış oyun təşkilində günahlandırılıb və 16 aylıq həbs olunub. Həbsdən çıxdıqdan sonra Premyer Liqa və FA ilə informator və məsləhətçi kimi işləməyə başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest