Avropa Liqası və Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqində dəyişikliklər olub. Matc.az xəbər verir ki, Azərbaycan cədvəldə növbəti dəfə geriləyib.

Bu dəfə 26-cı pilləyə düşmüşük. Səbəb Kipr klublarının daha çox reytinq xalına malik olmasıdı. Hazırda 25-ci yerdəki Kiprin 18,975, Azərbaycanın isə 18,875 xalı var. Dünənki görüşlərdən sonra yalnız “Zirə” aktivimizə 0,125 xal yazdırıb.

Reytinqə 89,160 xalla İngiltərə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest