16 Avqust 2024, 12:15
FUTBOL
Yarımmüdafiəçi Keyn Teylor “Mançester Siti”dən “Aston Villa”ya keçir. Matc.az xəbər verir ki, klublar arasında danışıqlar son mərhələdədi.
Keçidlə bağlı ilkin razılıq əldə olunub. 19 yaşlı orta sahə oyunçusu Birmingem təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacaq. Teylorun özü ilə də anlaşma əldə olunub.
Qeyd edək ki, Keyn Teylor “Aston Villa”nın yetirməsidi. O, 2019-cu ildə “Mançester Siti”nin gənclər komandasına qoşulub.