“Napoli”nin hücumçusu Viktor Osimxen “Çelsi” ilə müqavilə imzalamağa yaxındı. Matc.az xəbər verir ki, Neapol klubu danışıqlar zamanı nigeriyalının satış şərtlərini dəyişib.

İtaliya klubunun baş məşqçisi Antonio Konte rəhbərlikdən forvardın 45 milyon avro və “Çelsi”nin 2 oyunçusunun gətirməsi şərti ilə londonlulara satılmasını tələb edib.

Əvvəllər “Napoli” 45 milyon və Romelu Lukakunu istəyirdilərsə, indi buna əlavə olaraq gənc yarımmüdafiəçi Çezare Kasadeyini də istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest