16 Avqust 2024, 15:07
FUTBOL
"Bayer" rəhbərliyi komandanın futbolçusu Robert Andrixlə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşmanın müddəti 2028-ci ilin yayına qədərdi.
Qeyd edək ki, Andrix 2021-ci ildən "Bayer"in uğurları üçün çalışır. Ötən mövsüm 45 matçda iştirak edən yarımmüdafiəçi 6 qola imza atıb.