16 Avqust 2024, 18:14
FUTBOL
“Mançester Siti” “Vest Hem”in futbolçusu Divin Mubamanı heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, Mançester təmsilçisi Mubama üçün 1,2 milyon funt sterlinq ödəyəcək. İngilis futbolçu tezliklə tibbi müayinədən keçəcək və “Mançester Siti" ilə uzunmüddətli müqavilə imzalayacaq.
Qeyd edək ki, Konqo əsilli gənc hücumçu azad agentdir. İyul ayında o, yetirməsi olduğu “Vest Hem”ı tərk etdi.