17 Avqust 2024, 00:30
FUTBOL
Premyer Liqa klubu “Şamaxı” yoxlama oyununda I Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşıb.
Matc.az xəbər verir ki, oyun şamaxılıların 5:0 hesablı qələbəsi ilə bitib.
“Şamaxı”nın qollarını Belajdi Pusi (2), Brahim Konate (2) və Conatan Benteke vurub.
Qeyd edək ki, “Şamaxı”nın Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”la keçirilməli olan oyunu təxirə salınıb. Premyer Liqaya bu mövsüm yüksələn şamaxılılar 2 oyun keçirib və 1 xal toplayıb.