Türkiyə Superliqasının III turun üç oyun təxirə salınıb.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna səbəb “Qalatasaray”, “Trabzonspor" və “Başakşəhər”in avrokubokların pley-off mərhələsində mübarizə aparmasıdır.

UEFA Avropa Liqasının pley-offunda çıxış edəcək “Beşiktaş”ın isə həmin tur Superliqa oyun proqramına əsasən istirahət edəcək. Türkiyə çempionatında 19 komanda yarışıdığından, hər həftə bir komanda turu oynamadan başa vurur.

Qeyd edək ki, Türkiyə Superliqasında III turun oyunları 23-26 avqust tarixlərinə keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest