17 Avqust 2024, 11:36
FUTBOL
“Qəbələ” klubu qapıçısı Kristof Atanqana ilə yollarını ayırıb.
“Qəbələ” klubu qapıçısı Kristof Atanqana ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı kamerunlu qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2021-ci ilin iyulundan “Qəbələ”də çıxış edən Atanqana bölgə təmsilçisində 36 oyun keçirib. O, Premyer Liqada 24, Azərbaycan Kubokunda 10, Konfrans Liqasında 2 matçda iştirak edib.