Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi İbizadakı evinə boya tökən ətraf mühit fəallarından 50 min avro tələb edir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “El Español” paylaşıb.
Bildirilir ki, belə bir aksiyanın keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürən təşkilat isə 50 min avro məbləği, dəyən zərərlə qeyri-mütənasib hesab edir.
Təşkilatın mətbuat katibi Bilbo Bassaterra məbləğin yüksək olduğunu vurğulayıb.
“Evi yenidən rəngləməli olsaq belə, işin dəyəri 50 min avro olmayacaq”, - deyə Bassaterra açıqlama verib.
Xatırladaq ki, məqsədi “iqlim böhranı zamanı zənginlərin məsuliyyəti”nə diqqət çəkmək olan sözügedən aksiya avqustun 6-da baş tutub. İki gün sonra isə aksiyada iştirak edən üç fəal həbs edilib.