Üç bıçaq yarası almış “Barselona”nın vingeri Lamin Yamalın atası Munir Nazraui xəstəxanadan evə buraxılıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Marca” paylaşıb.
Bildirilir ki, Nazrauiyə hücum edən 4 nəfərdən üçü zaminə buraxılıb. Onlardan ikisi ayda iki dəfə məhkəməyə gedib imza atmalıdırlar. Hər iki şəxlə İspaniya ərazisini tərk etmək də qadağan edilib. Eyni zamanda, onlara zərərçəkmişə 300 metrdən yaxın yaxınlaşmaq qadağandır.
Üçüncü təqsirləndirilən şəxsə Yamalın atası ilə əlaqə saxlaması və onun 200 metr yaxınına gəlməsi qadağan edilib.
Yamalın atasını bıçaqlayan şəxs isə girov hüququ olmadan, həbsdə olduğu bildirilir. O, adam öldürməyə cəhddə ittiham olunur. Onu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Xatırladaq ki, Yamalın atası avqustun 14-də Barselonanın Mataro şəhərətrafı qəsəbəsindəki dayanacaqda bıçaqlanaraq xəstəxanaya yerləşdirilmişdi.