Fransalı yarımmüdafiəçi Yusuf Fofananın “Milan”a keçidi rəsmiləşib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı yarımmüdafiəçi “rossonerlər” ilə 30 iyun 2028-ci ilə qədər müqavilə imzalayıb. Futbolçu yeni komandasında 29 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Fofana Fransa futbolunun yetirməsidir. O, peşəkar karyerasında debütünü “Strasburq”da edib. Burada 41 oyun keçirib, 4 qol vurub və Fransa Liqa Kubokunu qazanıb.

2020-ci ilin yanvar ayında yarımmüdafiəçi “Monako”ya keçib. Foana Monako təmsilçisində 175 oyun keçirib, 7 qol vurub və 15 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest