18 Avqust 2024, 01:40
FUTBOL
Türkiyə Superliqasının “Göztəpə” – “Fənərbaxça” oyunuda insident yaşanıb.
Matc.az xəbər verir ki, qarşılaşmanın fasiləsində tribunaya buraxılmayan bir qrup azarkeşi dəstəkləmək üçün klub prezidenti Ali Koç onların yayına gedib. İkinci hissəsinin start fitindən bir qədər sonra, geri qayıtmağa çalışan “Fənərbaxça” prezidentini, rəqib komandanın təmsilçisi itələyərək yerə yıxıb. Ali Koç polis müşayətində hadisə yerindən kənarlaşdırılıb.
Oyunda qısa fasilə yaranıb, lakin tezliklə görüşün baş hakimi qarşılaşmanı davam etdirib.
Qeyd edək ki, insident baş verən zaman “Fənərbaxça” 0:2 hesabı ilə öndə olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.