“Lester”in İngiltərə Premyer Liqasının cari mövsümündə xərcləmə qaydalarını pozduğuna görə iki xalı silinə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” paylaşıb.

Bildirilir ki, İngiltərə Futbol Liqası (EFL) “Lester”lə bağlı apardığı araşdırmanın nəticələrini İngiltərə Premyer Liqasına göndərib.

“Lester” klubu İngiltərə çempionatında oynadığı 2022/2023 mövsümündə maliyyə qaydalarını pozmaqda ittiham olunurdu. “Tülkülər” çempionatda aşağı liqaya düşdükdən sonra yerli futbol hakimiyyətləri onların iqtisadi sahədəki hərəkətlərini izləməyə davam edibər. 2023/2024 mövsümündə isə EFL yenidən “Lester”in maliyyə vəziyyəti ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, “Lester” ötən mövsümün sonunda yenidən Premyer Liqaya yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest