21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Lüksemburq, 10-da isə evdə Serbiya yığması ilə qarşılaşacaq.

Matc.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə komanda sentyabrın 2-dən 10-dək təlim-məşq toplanışında olacaq.

U-21 sentyabrın 3-dən 4-nə keçən gecə Lüksemburqa yollanacaq, ayın 7-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası sentyabrın 6-da, Bakı vaxtı ilə saat 21:30-da "Emile Mayrisch" stadionunda Lüksemburq yığması ilə, sentyabrın 10-da, saat 19:00-da "Dalğa Arena"da Serbiya seçməsi ilə üz-üzə gələcək.

1. Eldar Tağızadə - "CD Tudelano" (İspaniya)
2. Xəyal Fərzullayev - "Sumqayıt"
3. Rüstəm Samiqullin - "Neftçi"
4. Süleyman Damadayev - "Qəbələ"
5. İbrahim Ramazanov - "Turan Tovuz"
6. Emin Rüstəmov - "Səbail"
7. Cəlal Hüseynov - "Arda Kardzali" (Bolqarıstan)
8. Eşqin Əhmədov - "Qəbələ"
9. Abdulla Rzayev - "Sabah"
10. Rüfət Əhmədov - "Turan Tovuz"
11. Rüfət Abbasov - "Şamaxı"
12. Mahir Həsənov - "Kəpəz"
13. Qurban Səfərov - "Şamaxı"
14. Mirəli Əhmədov – MOİK
15. Rauf Rüstəmli - "Şamaxı"
16. Emil Səfərov - "Neftçi"
17. Xəyal Əliyev - "Sabah"
18. Murad Vəliyev - "Nomme United" (Estoniya)
19. Fərid Yusifli - "Turan Tovuz"
20. Şahin Şahniyarov - "Qəbələ"
21. Zeynəddin Abdurahmanov - "Cəbrayıl"
22. Samir Məhərrəmli - "Cəbrayıl"
23. Camal Cəfərov - "Sabah"
24. Samir Abdullayev - "Səbail"
25. Ağadadaş Salyanskiy - "Neftçi"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest