Moskva "Spartak"ı Türkiyə millisi və "Fənərbaxça"nın 27 yaşlı cinah oyunçusu Cengiz Ünderin transferi üçün 8 milyon avro təklif edib.

Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

Bildirilir ki, İstanbul klubu türkiyəli futbolçunun transferi üçün "Spartak"dan 10 milyon avro istəyib.

Qeyd edək ki, Ünder 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 34 matçda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

27 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 14 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest