Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarla əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama görüşü keçirəcək. Matc.az xəbər verir ki, bu barədə “qırmızı-ağlar”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komanda sentyabrın 7-də Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq. Görüş “Kapital Bank Arena”da baş tutacaq. Oyunun başlama saatı hələ bəlli deyil.

Qeyd edək ki, bu komandalar Premyer Liqanın V turu çərçivəsində avqustun 30-da Sumqayıtda qarşılaşıb və “Araz-Naxçıvan” 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest