Belarusun “Dinamo” klubu Konfrans Liqasının Liqa mərhələsində ev oyunlarını Azərbaycanda keçirəcək. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytındakı proqramda məlumat yayılıb.
Belarusun “Dinamo” klubu Konfrans Liqasının Liqa mərhələsində ev oyunlarını Azərbaycanda keçirəcək. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytındakı proqramda məlumat yayılıb.
Minsk təmsilçisi hər 3 ev görüşündə rəqiblərini Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək. “Kopenhagen” (Danimarka), “Harts” (Şotlandiya) və “Larne” (Şimali İrlandiya) Sumqayıtda “Dinamo”nun qonağı olacaqlar.
Belaruslular oktyabrın 3-də “Harts”ı, noyabrın 28-də “Kopenhagen”i, dekabrın 12-də isə “Larne”ni qəbul edəcək. Oyunların hamısı azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, UEFA Belarus komandalarının beynəlxalq turnirlərdə ev oyunlarını neytral meydanda keçirməsini qərara alıb.