“Neftçi”nin sabiq hücumçusu Mateus Saldanya “Partizan”dan ayrılmağa hazırlaşır. Matc.az xəbər verir ki, braziliyalı forvard Macarıstan klubu “Ferensvaroş”a keçə bilər.

25 yaşlı forvardın transferi ilə bağlı klublar arasında danışıqlar artıq yekunlaşmaq üzrədi. Saldanyanın tezliklə “Ferensvaroş”a keçidi gözlənilir.

Qeyd edək ki, Mateus Saldanya 2022-23 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest