"Qalatasaray" "Napoli"nin ulduz futbolçusu Viktor Osimheni 1 illik heyətinə qatıb.

Matc.az xəbər verir ki, hücumçu bu gün gecə saatlarında İstanbula gələcək.

İstanbul təmsilçisinin Osimhenin 9-10 milyon avro maaşını mövsümün sonuna qədər ödəməyə razı olduğu və satın alma variantının olmadığı qeyd edilib.

Qeyd edək ki, 2022/2023 mövsümündə 33 ildə "Napoli"nin ilk A Seriya çempionluğunda mühüm rol oynayan və çempionatı 26 qolla ən yaxşı bombardir kimi başa vuran Osimhen, İtaliyada buna nail olan ilk Afrikalı oyunçu olub.

"Napoli"nin heyətində 133 rəsmi oyuna çıxan nigeriyalı hücumçu bu matçlarda 76 qol vurub və 18 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest