03 Sentyabr 2024, 10:26
FUTBOL
Hər iki mətbuat konfransı və məşq Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.
4 sentyabr
İsveç milli komandası
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
18:15. Mətbuat konfransı
Azərbaycan milli komandası
18:45. Mətbuat konfransı
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: hər iki mətbuat konfransı və məşq Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.