“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat paylaşıb.

“Qartallar” Türkiyənin “Kasımpaşa” klubundan Ayron Qomisi transfer ediblər. Razılaşmaya əsasən, fransalı yarımmüdafiəçi qarşıdakı 2 il ərzində “Zirə”nin formasını geyinəcək.

Qeyd edək ki, 24 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Amyen”, “Dünkerk” və İtaliyanın “Salernitana” klublarında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest