Görüşü İsveçrədən olan qadın referi Desiree Qrundbaxer idarə edəcək.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Görüşü İsveçrədən olan qadın referi Desiree Qrundbaxer idarə edəcək. Ona Mattias Sbrissa və Quillaume Maire yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Anojen Kanaqasinqam icra edəcək.

Qeyd edək ki, sentyabrın 6-da Eş-syur Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest