Futzal üzrə Azərbaycan I Liqasının 2024-25 mövsümündə 12 komanda iştirak edəcək.

Matc.az xəbər verir ki, yarış oktyabrda start götürəcək və iki dövrədən ibarət olacaq.

Birinci Liqada bu komandalar iştirak edəcək: PFL, “Baku Fire-2”, “Timsport”, “Ulduz”, “STAR kargo”, “Dəstə Ordubad”, “Yeni Suraxanı”, “Delta”, “Xan-Lənkəran”, “Djevo Dəyirman”, “Metropoliten”, “Carşı Bakı”.

Qeyd edək ki, çempionat 22 turdan ibarət olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest